26 may 2019 12:47
297

Aydın Mirzəzadə: "ABŞ Azərbaycanla əməkdaşlıqda maraqlıdır"

ABŞ-Azərbaycan münasibətlərinin son dövr xarakteristikasına diqqət etsək, görərik ki, ABŞ-da Azərbaycan haqqında illərlə daha çox obyektiv fikir formalaşmağa başlayır. ABŞ-ın həm rəsmi, həm ciddi siyasi, iqtisadi, biznes dairələri Azərbaycanın müstəqil daxili-xarici siyasət yürütməsinin tək ölkəmizin deyil, eyni zamanda, ABŞ-ın da maraqlarına cavab verdiyini göstərirlər.

"Ölkə.Az" bildirir ki, bunu politoloq, millət vəkili Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, Azərbaycan bu gün region üçün stabilləşdirici faktordur. Deputatın sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır.

“Azərbaycanın timsalında Şərqdə həm öz milli-mənəvi dəyərlərini qoruyan, həm də bu gün inkişaf etmiş ölkələri xarakterizə edən prinsipləri tətbiq edən bir ölkə görürlər. Həmçinin, Azərbaycanın bu gün dünyada sülhün və stabilliyin bərqərar olması üçün çox ciddi töhfə verdiyi də göz qarşısındadır. Azərbaycan bu gün beynəlxalq tədbirlər keçirildiyi, ciddi layihələrin müzakirə edildiyi bir mərkəzə, habelə daxili resursların, ilk növbədə stabilləşməyə gətirib çıxardığı bir ölkəyə çevrilib. Azərbaycan bu gün digər ölkələr üçün öz daxili resurslarına söykənərək, güclü, nüfuzlu bir dövlət qurmağın təcrübəsini ortaya qoyub. Bu baxımdan, ABŞ prezidentinin Azərbaycan prezidentinə təbrik məktubunun məzmunu bir daha göstərir ki, ABŞ Azərbaycanda gedən inkişafı görür, qiymətləndirir və onunla əməkdaşlıqda maraqlıdır”, - deyə millət vəkili sözlərinə əlavə edib.