KÖŞƏ

Mənsumə Babayeva

AXCP-çilərin “qul psixologiyası” və “siyasi mübarizə” metodu

03 may 2019 11:03
723

Son zamanlar ölkəmiz Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti nəticəsində hər bir sahədə yüksək inkişafa nail olub. Təkcə onu qeyd etmək kifayətdir ki, son bir neçə ayda Prezident İlham Əliyev tərəfindən əhalinin rifahının yaxşılaşdırılması istiqamətində bir çox Fərman və sərəncamlar imzalanıb. Bu mühüm dövlət sənədləri bir daha sübut edir ki, ölkəmiz inkişaf etdikcə və onun iqtisadi potensialı yüksəldikcə əhalinin sosial vəziyyəti daha da yaxşılaşır. Fikir versək görərik ki, bu gün bir çox inkişaf etmiş ölkələrdə belə əhalinin problemlərin həllinə bu dərəcədə diqqət yetirilmir. Məhz bunların ardınca bu günlərdə Prezident İlham Əliyevin tapşırığına əsasən əhalinin sosial rifahının daha da gücləndirilməsi məqsədilə Azərbaycanda təbii qazın istifadə limiti artırıldı. Bu da vətəndaşlarımız tərəfindən böyük sevinc hissi ilə qarşılandı.

Şübhəsiz, Azərbaycanın bu cür uğurlu inkişafını gözü götürməyən dairələr az deyil. İstər daxildə, istərsə də xaricdə ayrı-ayrı qüvvələrin Azərbaycan  hakimiyyətinə qarşı apardıqları çirkin oyunların arxasında dövlətçiliyimizi zəiflətmək dayanır. Sözsüz ki, bu cür ünsürlərin yeganə məqsədi ölkədəki inkişafa, dövlətin, hakimiyyətin vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi, ümumiyyətlə, Prezidentin dövlət, xalq üçün atdığı addımlara kölgə salmaqdır. Bu dəfə də dağıdıcılar yenidən sosial şəbəkələr üzərindən özlərini “biz də varıq, iş görürük” kimi göstərmək istəyirlər.

Hər zaman olduğu kimi, bu dəfə də xalqın xeyrinə olan bir qərarı ləkələmək üçün AXCP sədri Əli Kərimli öz “Facebook” səhifəsində status yazdı. Əli Kərimlinin Azərbaycan xalqının və dövlətinin imicinə zərbə vurmaq niyyətləri başqa mövzunun predmeti olduğundan onun bu dəfəki statusu ilə bağlı digər bir məqama diqqət çəkmək istəyirik. Belə ki, Əli Kərimli qaz limiti ilə bağlı status yazdıqdan dərhal sonra təxminən 1 saat ərzində Gözəl Bayramlı, Emil Səlimov, Emin Maniyev, Səadət Cahangir, Fuad Qəhrəmanlı, Nurəddin Məmmədli və başqa profil və səhifələrin adminləri eyni məzmunda statuslar yazdılar, eyni tezisləri təkrarladılar. Bu isə bir daha onu sübut etdi ki, Əli Kərimli AXCP-də bir trol şəbəkəsi formalaşdırıb. Sirr deyil ki, trol göstərişlə yalnız şərh yazana yox, həm də status yazana deyilir. Bu mənada komanda ilə qısa zaman kəsiyində oxşar məzmunlu statuslar yazılması trol fəaliyyətinin ən qabarıq nümunəsi olduğundan Əli Kərimlinin və cəbhəçilərin fəaliyyətinin bir daha trolluqdan ibarət olması sübut olunur. Elə bu məqamda vaxtilə Əli Kərimlinin müavini olmuş Razi Nurullayevin sözləri yada düşür. R.Nurullayev deyirdi ki, Əli Kərimli cəbhəçi funksionerlərin hər birinə 100 saxta profil yaratmağı tapşırmışdı. Budur Əli Kərimlinin və cəbhəçilərin trolluq fəaliyyəti, AXCP funksionerlərinin və üzvlərinin qul psixologiyası, onların “siyasi mübarizə metodu”.

Cavid Əkbərov
Hoqqabazlar
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...