04 iyun 2019 21:03
280

Avtomobili olmayan daha sağlamdır

Avstraliya alimləri araşdırmalar nəticəsində belə nəticəyə gəliblər ki, avtomobili olmayan insanlar avtomobil sürən insanlarla müqayisədə daha sağlamdır.

Araşdırmada yaşı 34-dən 65-ə qədər 2000-dən artıq şəxs iştirak edib. Araşdırma göstərib ki, gün ərzində 1 saat avtomobil sürən insanlar avtomobil sürməyən insanlarla müqayisədə ən azı 2 kq ağırdır və onların bel çevrəsi təxminən 1,5 sm daha çoxdur. Beləliklə, gün ərzində sükan arxasında çox vaxt keçirən insanlarda piylənmə riski artır.

Piylənmə isə ürək-damar sistemi xəstəlikləri, diabet və bir çox digər xəstəliklərin riskini artırır. Alimlər gün ərzində sükan arxasında az vaxt  keçirməyi, onun əvəzinə piyada gəzməyi və ictimai nəqliyyatdan istiafdə etməyi tövsiyə edirlər.

Röya Rasimqızı, “İki sahil”