29 iyun 2020 17:32
518

Avstriya səfiri XİN-ə çağırıldı

Avstriyanın paytaxtı Vyanada PKK terrorçularının nümayişi ilə əlaqədar bu ölkənin səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılaraq rəsmi Ankaranın xəbərdarlığı təqdim edilib.

“İki sahil” xəbər verir ki, Türkiyə XİN-inin yaydığı açıqlamada məsələ ilə bağlı qeyd edilir:

“Terror təşkilatı olan PKK və tərəfdarlarının ardıcıl bir neçə gündür Vyanada nümayiş keçirməsi terrorla mübarizədə qeyri-səmimiyətin yeni təzahürüdür.

PKK terror təşkilatının təbliğatına icazə verilməsi, terror təşkilatının simvollarından istifadəyə məhəl qoymamaq və ölkəmizin hədəfə alınması yolverilməzdir.

Türkiyənin daxildə və sərhədlərindən kənarda apardığı terrorla mübarizənin nəticələrinin əhəmiyyəti bu mənzərə qarşısında daha aydın görünür. Həyata keçirdiyimiz uğurlu əməliyyatlar nəticəsində can verən PKK terror təşkilatına təstək vermək səyləri nəticəsiz qalacaq.

Avstriya hüquq-mühafizə orqanları tərəfindən nümayişlər zamanı türk əsilli gənclərin xəsarət alması və türk icmalarına məxsus bəzi iş yerlərinə zərər vurulmasına səbəb olan müdaxiləni qınayırıq.

İctimai asayişi təmin edilməsi və zorakılığın qarşısının alınması üçün yeganə yol terrorla düzgün mübarizə aparmaqdır. Avstriya hakimiyyətini AB-nin terror təşkilatı olaraq tanıdığı PKK terror təşkilatı ilə layiqli mübarizə aparmağa və populist siyasət üçün bu kimi hallardan istifadə etməməyə dəvət edirik”.

"İki sahil"