Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
14 iyul 2020 13:06
525

Avstriya daha 18 ölkədən aviareyslərin qəbulundan imtina edib

Avstriya hökuməti COVID-19 pandemiyası ilə əlaqədar riskli regionlardan hava nəqliyyatı vasitələrinin Avstriya hava limanlarına qəbulu qadağasını daha da sərtləşdirib.

İyulun 16-dan etibarən daha 18 ölkədən sərnişin təyyarələrinin Avstriya hava limanlarına enməsi qadağan edilib. İndiydək qadağan siyahısında 8 ölkə (Rusiya, Ukrayna, Belarus, Böyük Britaniya, Çin, Portuqaliya, İran və İsveç) və İtaliyanın Lombardiya əyaləti yer alırdı.

Avstriya Federal Səhiyyə naziri Rudolf Anşoberin yeni sərəncamına əsasən, Qərbi Balkan ölkələri, Bolqarıstan, Rumıniya, Moldova və Misir kimi ölkələrdən təyyarə reysləri ən azı iyulun sonunadək ləğv olunur. Siyahıda göstərilən ölkələrdən uçuşlara yalnız istisna hallarda mümkündür. Bu hallara Avstriya dövlətinin maraqlarına xidmət edən, eləcə də yük, xəstə, tibbi personal və vətənə geri dönən avstriyalıları daşıyan təyyarələrin Avstriya hava limanlarına enmələrinə icazə verilir. //AZƏRTAC