18 iyul 2019 14:05
397

Avropanın ən gözəl qadını azərbaycanlı ola bilər

“Hər il İtaliyada keçirilən “Miss Europa Continental” beynəlxalq yarısmasının təşkilatçıları tərəfindən modellik yarışmasına təklif almışam”.

"İki sahil" Teleqraf.com-a istinadən xəbər verir ki, bu haqda müğənni Afaq Aslan məlumat verib.

Onun sözlərinə görə, 7-ci dəfə keçiriləcək yarışmanın məqsədi İtalyada Avropanın ən gözəl xanımlarını seçməkdir:

“Təşkilat tərəfindən bu günə qədər Azərbaycanda hər hansı bir tanınmışa yarışmada iştirak etmek hüququ verilməyib. Lakin təşkilatın münsifləri tərəfindən bu dəfə mənə Azərbaycanı təmsil etmək üçün təklif verilib.

Təklifi çox götür-qoy edərək mənə göndərilən tekliflə tanış oldum və qarşılıqlı müqavilə imzaladıq. Nəticədə rəsmi olaraq, “Miss Europa Continental 2019” yarısmasının Azerbaycan temsilçisi seçildim”.

Afaq bu məqsədlə noyabrın 19-24-də tarixlərində İtaliyaya gedəcəyini bildirib: “Yarışın qalibləri Avropanın ən öndə gedən brend şirkətləri ilə müqavilə imzalayıb, onların simaları olacaq və mən Azərbaycanı bu yarışmada təmsil edən ilk azərbaycanlı xanım olacam”.