24 may 2019 17:20
346

Avropa İttifaqı: Meyin istefası mövqeyimizi dəyişdirməyəcək

Böyük Britaniya baş naziri Teresa Meyın 7 İyunda istefa edəcəyinə dair qəbul etdiyi qərar Avropa İttifaqının Brexit  ilə bağlı mövqeyini dəyişdirməyəcək.

Bu barədə Aİ-dan yayılan açıqlamada bildirilib.

Avropa İttifaqı Komissiyasının sözçüsü Mina Andreeva qərar ilə bağlı mətbuata açıqlamasında  Aİ Komissiyasının sədri Jan Kloud Yunkerin baş nazir Mayın qərarını müsbət qarşılamadığını bildirib.

"Əksinə Mey ilə birgə fəaliyyəti yüksək qiymətləndirdiyini və onun atdığı addımları təqdir etdiyini, yeni Baş nazirə də eyni səmimiyyətlə yanaşacağını və əməkdaşlığa davam edəcəyini qeyd edib. Ancaq bilinməlidir ki, Mayın istefası Avropa İttifaqının Brexit ilə bağlı mövqeyində təsir etməyəcək”- deyə alyansın sözçüsü Mina Andreeva vurğulayıb.