25 noyabr 2020 19:11
332

Avropa İttifaqı Gürcüstana 100 milyon avro ayırıb

Avropa İttifaqı makromaliyyə yardımı çərçivəsində Gürcüstana 100 milyon avro məbləğində vəsait ayırıb.

“İki sahil”in yerli bürosu xəbər verir ki, məbləğin 95 milyon avrosu güzəştli kredit, 5 milyon avrosu isə qrantdır.

Yardımın böyük hissəsi 75 milyon avro olmaqla Gürcüstan hökumətinin COVID-19 pandemiyası ilə mübarizə proqramlarına yönəldiləcək.