28 fevral 2020 16:33
1600

Avroliqanın səkkizdəbir final mərhələsinin püşkü atılıb - SİYAHI

UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb

Fevralın 28-də futbol üzrə UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinin püşkü atılıb.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində rəqiblər müəyyənləşib.

Səkkizdəbir final cütlərinin tərkibi kor püşk nəticəsində müəyyənləşib. Yəni, püşkatma zamanı klublar səpələnmişlər və səpələnməmişlər səbətlərinə ayrılmayıb, eyni ölkə təmsilçilərinin bir-biri ilə düşmələrinə heç bir məhdudiyyət qoyulamyıb.

Püşkatmanın nəticələri aşağıdakı kimidir:

“Başakşehir” (Türkiyə) - “Kopenhagen” (Danimarka);

“Olimpiakos” (Yunanıstan) - “Vulverhempton” (İngiltərə);

“Qlazqo Reyncers” (Şotlandiya) - “Bayer Leverkusen” (Almaniya);

“Volfsburq” (Almaniya) - “Şaxtyor Donetsk” (Ukrayna);

“İnter” (İtaliya) - “Xetafe” (İspaniya);

“Sevilya” (İspaniya) - “Roma” (İtaliya);

“Ayntraxt” (Frankfurt, Almaniya) / “Zaltsburq” (Avstriya) cütünün qalibi - “Bazel” (İsveçrə);

LASK (Avstriya) - “Mançester Yunayted” (İngiltərə).

İlk oyunlar martın 12-də, cavab görüşləri isə martın 19-da olacaq.

Xatırladaq ki, UEFA Avropa Liqasının final matçı Polşanın “Leqiya” klubunun ev oyunlarını keçirdiyi Qdansk şəhərindəki “PGE Arena”da baş tutacaq.