20 noyabr 2019 15:38
258

AVRO-2020: Azərbaycan millisinin ən yaxşı futbolçusu müəyyənləşdi

AVRO-2020-nin seçmə mərhələsinin ən yaxşı futbolçuları müəyyənləşib.

"İki sahil" APA-ya istinadən xəbər verir ki, “Fedeks” şirkətinin hesablamalarına əsasən arxada qalan 10 turda ən yüksək indeksə Niderland yığmasının üzvü Memfis Depay layiq görülüb.

Onun daha üç komanda yoldaşı ilk “beşlik”də yer alıb. Frenki De Yonq 2-ci, Matiys De Liqt 4-cü, Yasper Silessen 5-cidir. Yalnız üçüncü olan ingiltərəli Yordan Pikford “beşlik”də onlarla birlikdə yer alıb.

1. Memfis Depay (Hollandiya) - 2607
2. Frenki De Yonq (Hollandiya) - 2518
3. Yordan Pikford (İngiltərə) – 2401
4. Matiys De Liqt (Hollandiya) - 2195
5. Yasper Silessen (Hollandiya) - 1885

Azərbaycan millisinin futbolçuları arasında ən yüksək göstərici Ramil Şeydayevdədir. Hücumçu Avropada 218-cidir. O, Emil Balayevi 4, Bəhlul Mustafazadəni 28 pillə qabaqlayır. Ən yaxşı beş təmsilçimiz sırasında Riçard Almeyda və Qara Qarayev də yer alıb.

218. Ramil Şeydayev – 594
222. Emil Balayev – 588
246. Bəhlul Mustafazadə - 566
248. Riçard Almeyda – 561
388. Qara Qarayev – 493

Qeyd edək ki, Azərbaycan yığmasının sonuncu yeri tutduğu E qrupunda ən yaxşı göstərici Martin Dubravkaya məxsusdur. Slovakiyalı qapıçı 1107 xalla 45-cidir.