15 aprel 2019 15:55
51

Atletika üzrə zona yarışının qalibləri məlum olub

Gənclər və İdman Nazirliyi İsmayıllı Olimpiya İdman Kompleksində Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan atletika üzrə 2006-2007-ci il təvəllüdlü idmançılar arasında zona yarışı keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda Qobustan, Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Ucar, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Balakən və Zaqatala rayonlarını təmsil edən komandalar iştirak edib. Hər komandanın tərkibində 14 (7 qız, 7 oğlan) nəfər olub.

Zona yarışında birinci yeri İsmayıllı komandası tutub. İkinci və üçüncü yerlərə müvafiq olaraq Oğuz və Qax komandaları çıxıblar.

Birinci və ikinci yerin sahibləri respublika birinciliyində iştirak edəcəklər.