KÖŞƏ

Cavid Əkbərov

Antimilli şuranın xain, məkrli missiyası

13 yanvar 2021 18:17
295

Bu radikal ünsürlər Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfəri həzm edə bilmirlər

Antimilli şura və onun arxasında duranlar nəinki bu gün, uzun illərdir ki, pozuçuluq fəaliyyətlərini nümayiş etdirirlər. Bu dırnaqarası qurum yarandığı vaxtdan anti-Azərbaycan fəaliyyəti ilə seçilir.

Antimilli şurada təmsil olunanlar çoxdan özlərini tamamilə deşifrə ediblər. Onların bütün fəaliyyətlərində xüsusi sifarişlərin olması açıq şəkildə görünür. Antimilli şuranı əlində oyuncağa çevirən Əli Kərimli ilə onun ətrafında olan beş-on nəfərlik qrup hələ də Azərbaycan dövlətçiliyinə qarşı özlərinin düşmən mövqeyini nümayiş etdirməkdə davam edirlər. Onlar daim müxtəlif mövzular ətrafında böhtan və qərəz dolu fikirləri gündəmə gətirməyə çalışırlar. Bu mövzuları sosial şəbəkələrdə müzakirəyə çıxararaq özlərinin idarə etdikləri çox məhdud sayda insanlar vasitəsilə tirajlayırlar. Antimilli şura, Əli Kərimli və onun ətrafında olan insanlar erməni diasporu, onlara bağlı olan ayrı-ayrı fondlar tərəfindən maliyyələşdirilirlər. Onlara dövlətçiliyimizə qarşı böhtan atmaq, qərəzli mövqe nümayiş etdirmək, Azərbaycan həqiqətlərinə kölgə salmaq, Ermənistanı daha üstün mövqedə nümayiş etdirmək kimi tapşırıqlar verilib. Hazırda bu qüvvələr məlum tapşırıqlara uyğun olaraq hərəkət edirlər. Bu, artıq mübahisə doğurmayan bəlli məsələdir.

Cəmiyyətimizin bundan sonrakı inkişafı məhz siyasi sistemimizin keyfiyyəti və onun struktur elementlərinin davranışları ilə şərtlənəcək. Ona görə də Vətən müharibəsində əldə etdiyimiz böyük tarixi qələbə siyasi sistemimizdə də bu qələbənin yaratdığı keyfiyyət dəyişikliklərini əks etdirməyi bacarmalıdır. 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə Prezident İlham Əliyevin toxunduğu məsələlərdən biri də məhz bu mövzu ilə bağlı oldu. Şübhəsiz ki, bu, təsadüfi deyildi. Çünki 2020-ci ilin nailiyyətləri sırasında önə çəkilən məsələlərdən biri parlament seçkilərindən sonra siyasi sistemimizdə yaranan yeni konfiqurasiya, dialoqa və əməkdaşlığa əsaslanan yeni siyasi mədəniyyət və bunun Vətən müharibəsində milli gücümüzə və həmrəyliyimizə verdiyi töhfələr idi.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə radikalların əsl simasını xalqımıza açıb göstərib. Ağır döyüşlər zamanı susan, müharibədən sonra Azərbaycanın igid əsgər və zabitlərinin canı, şəhidliyi hesabına əldə edilən uğurları, qələbəni aşağılamağa çalışan bu antimilli qüvvələr Ermənistanın məğlubiyyətini həzm edə bilmirlər. Çünki bu qələbə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılıb.

Antimilli şurada təmsil olunan radikal ünsürlər müxtəlif üsul və vasitələrlə Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətə kölgə salmağa çalışırlar. Radikallar hazırda Ali Baş Komandanın ictimai rəydə olduqca yüksək olan reytinqinə zərər vurmağa cəhdlər edirlər. Amma bütün bunlar mənasız cəhdlərdir. Çünki ölkə Prezidenti İlham Əliyev sözün həqiqi mənasında ordumuzun müzəffər Ali Baş Komandanı kimi tarix yazdı. Dövlət başçısı İlham Əliyev 44 günlük müharibədə möhtəşəm qələbə qazanmaqla böyük Sərkərdə, güclü Ali Baş Komandan, xalqın Lideri kimi Azərbaycanın tarixinə əbədi olaraq həkk olundu.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?