Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
28 fevral 2020 15:02
1818

Ankaranın tarixi yeri: Ankara Qalası - FOTO

Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Ankara Qalası şəhərin ən əhəmiyyətli tarixi yerlərindən biri hesab olunur.

“İki sahil” xəbər verir ki, şəhərin tarixi qədər qədim olan Ankara qalası paytaxtın simvollarından biridir.

Qalatiyalıların Ankarada məskunlaşması zamanı mövcud olmuş və Roma dövründə təmir edilmiş qalanın nə vaxt tikildiyi bilinmir.

Həm müdafiə, həm də məskunlaşma üçün istifadə olunan divarlarla əhatə olunmuş ərazidə tarixə səyahət etməklə yanaşı, ərazinin mədəni irs də müşahidə edilir.

Bölgəyə gələn turistlər tarixi küçələri gəzərkən qədimi əşyalar satan dükanları da ziyarət edirlər.