10 oktyabr 2019 17:12
178

Anar Məmmədov: İxracat sahəsində rekord nəticə eldə edilib

"Yeni bazarlara çıxış istiqamətində strategiya hazırlayan “Petkim” ötən il 78 ölkəyə məhsul sataraq bu sahədə də bütün dövrlərin rekordunu vurub."
"İki sahil" xəbər verir ki, bu barədə "Petkim Petrokimya Holding A. Ş."nin baş diretoru Anar Məmmədov deyib: "Bu uğur şirkətə Egey İxaracatçılar Birliyi tərəfindən verilən “İlin ən çox ixracat həyata keçirən şirkəti” və “Kimya sektorunda ən çox ixracat həyata keçirən şirkət” mükafatlarını qazandırdı. Hindistan və İspaniya kimi mühüm neft-kimya bazarlarının hədəfə alınması da bu uğura xüsusi təsir göstərib."
Baş direktor vurğulayıb ki,  bu ölkələrdə müştəri nümayəndəliyi yaradılıb və Hindistanda 43, İspaniyada isə 22 yeni müştəri qazanılıb:
"Dörd ildə bir həyata keçirilən planlaşdırılmış texniki nəzarət səbəbindən 2 ay istehsala ara verildi, bu müddətdə optimal saxlama və kommersiya məhsulu alım planlaması ilə müştərilərin bütün tələbləri ödənildi. “Petkim” Türkiyədə istehlak edilmədiyi və ya məhdud istehlak edildiyi üçün daxili bazara təqdim olunmayan benzol, C5 və paraksilen kimi məhsulların hamısını və ya böyük bir hissəsini birbaşa ixrac edir. İstehsal potensialı və bazar payının yüksək olduğu aşağı sıxlıqlı polietilen və ftal anhidridi kimi məhsulların da müntəzəm ixracı həyata keçirilir. Bundan əlavə, ixracatda rəqabət gücünü artırmaq məqsədi ilə ticarətlə məşğul olanlarla yanaşı, son istehlakçılara birbaşa çatdırılma çalışmalarına da xüsusi əhəmiyyət verilir."

Orxan Vahidoğlu,

İstanbul-Bakı

"İki sahil"