12 fevral 2019 11:40
219

Ana bətnindən çıxarılıb əməliyyat edilən körpə yenidən yerinə qoyuldu - FOTO

Tibb tarixində daha bir ilk yaşanıb.

"İki sahil" Milli.Az-a istinadən xəbər verir ki, Belçikada doğulmamış körpə ana bətnindən çıxarılaraq əməliyyat olunduqdan sonra yenidən yerinə qoyulub.

Əməliyyat Bethan Simpson adlı qadının üzərində həyata keçirilib.

Cərrahlar əməliyyatla qadının körpə qızını bətnindən çıxarıb, onurğa yırtığını tikdikdən sonra yenidən anasının bətninə yerləşdiriblər.

Belçikadakı "Great Ormond Street Hospital"da keçirilən əməliyyatı ingilis həkimlər belçikalı həmkarları ilə birgə həyata keçiriblər.