04 iyul 2019 10:14
194

Amerika kubokunun ikinci finalçısı müəyyənləşib

İyulun 4-də Amerika kubokunun ikinci finalçısı müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Braziliyada keçirilən turnirdə yarımfinal mərhələsində Peru və Çili yığmaları qarşılaşıb.

Oyun 3:0 hesabı ilə Peru yığmasının qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 21-ci dəqiqədə Flores açıb. Matçda 2-ci qolu 38-ci dəqiqədə Yotum vurub. Perunun hücumçusu Gerreronun 90-ci dəqiqədə vurduğu qolla oyun başa çatıb.

Beləliklə, finala vəsiqə qazanan Peru yığması qızıl medal uğrunda görüşdə Braziliya ilə qarşılaşacaq.