05 dekabr 2019 15:48
162

Almaniyadan Türkiyəyə qarşı SƏRT ÇIXIŞ

NATO Türkiyənin S-400 hava hücumundan müdafiə sistemi almasına cavab verməlidir.

Publika.az xəbər verir ki, bunu Almaniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü Nils Şmid deyib.

“Başlanğıcda bu, NATO-nun problemi halına gəldi. Buna görə də alyansdan güclü cavaba ehtiyacımız var. Rusiya silahlarının Türkiyə torpaqlarına yerləşdirilməsi NATO-ya təhdid təşkil edir. Bu səbəbdən Türkiyə torpaqlarının müdafiəsi üçün başqa yol tapmaq lazımdır”, - senator bildirib.

“Necə bir cavab verilməlidir” sualına isə Şmid “Bu, NATO daxilində açıq müzakirə edilməlidir və daha sonra ABŞ istehsalı olan müdafiə sistemlərini yerləşdirmək üçün yol tapmağa çalışmalıyıq” cavabını verib.