KÖŞƏ

Vəli İlyasov

Allah kəssin belə bazarı, çünki çoxdur azarı...

06 sentyabr 2019 11:12
257

Dağıdıcı müxalifətin birincilik iddiası düşərgədəki bütün partiya və siyasi qurumları qütbləşməyə sürükləyir ki, bu da sonda parçalanmalara aparır. İndiyədək onların guya yaratdıqları blokların və birliklərin həmin səbəblərdən dağıldığının şahidi çox olmuşuq. Otuz ilə yaxın müddət keçməsinə baxmayaraq bu “ənənə” hələ də davam edir, necə deyərlər, müxalifət “kor atı minib köndələn çapır.” Bir sözlə,daxili çəkişmələr və qarşıdurmalar artıq müxalifət üçün adi hal alıb. Məhz buna görə də dağıdıcı müxalifət hansısa təşkilatda və qurumda birləşə bilmir. Fikir versək  bir daha aydın görərik ki, dağıdıcı xislətli partiya sədrləri bu günədək müxtəlif qondarma qurumlar və bloklar daxilində “birləşdikləri”ni elan etsələr də, lider olmaq iddiaları səbəbindən həmin qurumlar dağılaraq tarixin arxivinə atılıb. Xüsusilə seçkilər ərəfəsində meydana çıxan partiya sədrləri bir-birlərinə əl uzadaraq “dostlaşdıqlarını” elan edir və birgə seçki taktikası həyata keçirəcəklərini vurğulayırlar. Amma az sonra birlik fiaskoya uğrayır və tərəflərarası qarşıdurma yeni formada gündəmə gəlir. İndi bu proses “Milli Şura” adlanan qondarma qurumun timsalında müşahidə olunur.

Anti-Azərbaycan dairələrin mənafeyinə və burada təmsil olunan ermənipərəst şəxslərin siyasi ambisiyalarına xidmət edən “Milli Şura” təxribat və pozuculuq  fəaliyyətini hələ də davam etdirir. Çünki antiazərbaycan dairələrin sifariş və dəstəyi ilə ölkəmizdə xaos və anarxiya yaratmaq missiyasını üzərinə götürən “Milli Şura”da Əli Kərimli və  züytutanları Cəmil Həsənli, Gültəkin Hacıbəyli, eləcə də, manqurtlaşmış beş-on nəfər qalıb. Sadəcə, hikkə və eqo Əli Kərimliyə qurumu buraxmağa imkan vermir. Əslində, AXCP sədri Əli Kərimlinin müxalifətçilik pərdəsi altında qisasçılıq ideologiyası ilə çıxış etməsi kimsəyə sirr deyil. Onun sosial şəbəkələrdə təxribat xarakterli bəyanatlar səsləndirməsi də bunu təsdiqləyir. Hətta Əli Kərimli saxta partiya vəsiqələri sataraq xaricə göndərdiyi və mühacir adı ilə çıxış edən qohum-əqrəbasını  Azərbaycan cəmiyyətini təhdid edən açıqlamalar verməyə məcbur edir.

 AXCP-dəki trolların sosial şəbəkələrdəki fəaliyyətlərinə birbaşa Kərimli özü nəzarət edir və bir çox hallarda tapşırıqlar verir, statuslara da müdaxilə edir. Əmisi oğlu İnqilab Kərimovun  qaniçən “İŞİD”ə haqq qazandırması və terrorçu şəbəkəni  ölkəmizə dəvət etməsi AXCP sədrinin xislətini ortaya qoyur. Onun terrorçuluğa meyilli olmasına daha bir misal Nardaranda baş verən qanlı terror hadisələri zamanı “Milli Şura”nın üzvü Taleh Bağırzadəyə   dəstək verməsi idi. Bu fakt  deməyə əsas verir ki, bu şəxslərin məqsədi hansı çirkin üsullarla olursa-olsun, ölkəmizdə qarşıdurma yaratmaqdan ibarətdir. AXCP sədrinin ardınca, onun müavini Fuad Qəhrəmanlı da radikalizm siyasətindən terrora keçidi dəstəklədiyini gizlətməyib. Eləcə də müavini Seymur Həzinin qaynatası, “Milli Şura”nın üzvü Tofiq Yaqublunun İsmayıllıda təxribat və qarşıdurma yaratmağa cəhd etməsini də Kərimlinin “dosyesi”nə əlavə etmək lazımdır. Söz yox ki, o, təxribatları, məkrli planlarını özünün ağlı və düşüncəsi ilə həyata keçirməyə cəhd etmir, onu bu kimi məsələlərə xaricdən təhrik edirlər. Bununla bağlı çoxsaylı faktlar və sübutlar da var. Dəfələrlə bəd əməllərinə görə ifşa olunub. Amma buna baxmayaraq, o, antiazərbaycan dairələrlə əməkdaşlığı davam etdirməkdədir. O, xaricdən aldığı pulları heç də partiyasına xərcləmir. Hətta  təxribatçı əməllərinə görə, həbs edilən çəbhəçilərə xaricdən göndərilən maliyyə vəsaitini də Kərimli özü mənimsəyir. Hamıya məlumdur  ki, o, 2005-ci ildən bəri rəsmən heç yerdə işləməyib, yəni parlamentin deputatı olub və sonra işsiz qalıb. Başqa tərəfdən, bizneslə məşğul olmadığını da deyir. Özü və yaxın ətrafı dəfələrlə bildiriblər ki, heç vaxt  beynəlxalq fond və təşkilatlardan qrant almayıblar. Bu halda sual yaranır: əgər heç bir yerdə işləmir və biznesi də yoxdursa, Böyük Britaniyada ev və Türkiyədə obyektləri hansı vəsait hesabına alıb? Züytutanları  bildirirlər ki,sədrləri bu vəsaiti AXC-Müsavat  hakimiyyəti dövründə vəzifədə olarkən əldə edib. Əgər belədirsə, deməli, Əli Kərimli vəzifəsini icrası ilə deyil,  ölkənin sərvətini talamaqla məşğul olub.   Məsələ bunlarla bitmir. Bu tör-töküntülər bu gün də  bəd əməllərini düşmən dairələrə işləməklə davam etdirir və  qarşılığında külli miqdarda maliyyə vəsaitləri alırlar. Əli Kərimli və “Milli Şura”da təmsil olunan tör-töküntülər Azərbaycanın milli və dövlətçilik maraqlarını satmaqla varlana bilərlər, ancaq Məşədi İbad demiş, Allah kəssin belə bazarı,  çünki çoxdur azarı.

Cavid Əkbərov
Hoqqabazlar
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...