20 may 2019 13:07
199

Ali Rada buraxılacaq və iki ay ərzində seçkilər keçiriləcək

Ukrayna Ali Radası buraxılacaq, iki ay müddətinə növbədənkənar seçkilər keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın altıncı Prezidenti Vladimir Zelenski andiçmə mərasimindəki çıxışında bildirib. O, həmçinin parlamentə müraciət edərək Baş prokuroru, Müdafiə nazirini və Təhlükəsizlik Xidmətinin rəhbərini vəzifələrindən azad etməyə çağırıb.

Vladimir Zelenski deputat toxunulmazlığının ləğv olunacağını da açıqlayıb və qeyd edib ki, deputatlar əməllərinə görə cavab verməlidirlər.