10 may 2019 19:39
291

“Alfa Romeo” yeni modelini təqdim etdi

İtaliyanın “Alfa Romeo” şirkəti növbəti superkarını təqdim edib.

“Ölkə.Az” xəbər verir ki, yeni model “8C Compotizione” modelini əvəz edəcək. Dizayn üzərində Luici Memola işləyib. Luici yeni ikiqapılı superkarı “həssas və seksual” adlandırıb.

Avtomobilin salonunda retro motivlər üzə çıxıb. Amma Memola modeli texnologiyanın bütün yenilikləri ilə təchiz edib.

Aqreqat barədə detallar açıqlanmır. Bildirilir ki, kupe orta güclü mühərriklə təchiz edilib.