07 noyabr 2019 15:09
182

Ağdaşda seçici imzaları toplanılır - FOTO

Respublikanın hər bir bölgəsində olduğu kimi, Ağdaş rayonunda da 23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı aparılan işlər böyük vüsətlə davam edir. Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 90 saylı Ağdaş seçki dairəsinin əhatə etdiyi 18 bələdiyyə üzrə 170 nəfər,  89 saylı Göyçay-Ağdaş seçki dairəsinin əhatə etdiyi 8 bələdiyyə üzrə 72 nəfər olmaqla ümumilikdə 26 bələdiyyə üzrə 242 nəfərin namizədliyi irəli sürülüb. Namizədlərin dəstəklənməsi üçün 90 saylı Ağdaş və 89 saylı Göyçay-Ağdaş Dairə Seçki komissiyalarından 257  imza vərəqəsi alınıb.

İmzatoplama kampaniyasına start verilməmişdən əvvəl imza toplayacaq 257 nəfər partiya fəalına treninq keçirilib və onlara imza vərəqəsinin doldurulma qaydaları haqqında müvafiq izahatlar verilib. Rayonda namizədlikləri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən şəxslər üçün seçici imzalarının toplanması uğurla başa çatmış imza vərəqələrinin müvafiq sənədlərlə birlikdə Dairə Seçki komissiyalarına təhvil verilməsinə başlanılıb.

YAP Ağdaş rayon təşkilatı bələdiyyə üzvlüyünə namizədlərin imzatoplama kampaniyasını uğurla davam etdirir.

Orxan Vahidoğlu, «İki sahil»