12 iyun 2019 15:05
159

Ağdamda 9523 hektarda yazlıq səpin aparılıb

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda kəndli fermerlər və torpaq mülkiyyətçiləri 9522,9 hektar sahədə yazlıq səpin aparıblar.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, yazlıq əkinlərin 2600 hektarı pambıq, 4497 hektarı tərəvəz, 309,4 hektarı şəkər çuğunduru, 373 hektarı kartof, 146 hektarı bostan bitkiləri, 39,5 hektarı qarğıdalı, 5 hektarı dən üçün günəbaxan, 1553 hektarı çoxillik otlardır.

Hazırda ağdamlı fermerlər yazlıq əkinlərdə becərmə işlərini davam etdirir, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq göstərirlər.

Rayonda, həmçinin arpa biçininə də start verilib. Bütün qüvvələr strateji məhsulun itkisiz yığılmasına səfərbər olunub.