17 oktyabr 2019 21:00
172

Ağcabədidə avtomobil qoyun sürüsünü vurub

Ağcabədidə avtomobil qoyun sürüsünü vurub.

Hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Agcabədi rayonu ərazisindən keçən hissəsində baş verib.

Rayonun Gələbədini kənd sakinləri qoyun sürüsünü yoldan keçirmək istəyərkən həmin yolda yüksək sürətlə hərəkət edən "Hyundai-Sonata" markalı minik avtomobili idarəetməni itirərək sürünü vurub.

Hadisə nəticəsində 10 baş qoyun tələf olub, 11 qoyun isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır.