08 fevral 2019 21:03
993

Acı şokolad haqqında şirin həqiqətlər

Şokoladın tarixi çox əvvəllərə, min il öncəyə qədər uzanır. Əvvəllər şokolad o qədər dəyərli imiş ki, qızıl qədəhlərdə təqdim olunurmuş. Mayalılar və asteklər kakao toxumlarını qovurub üzərinə müxtəlif baharatlar əlavə edərək alınan bu qarışıma “tanrıların yeməyi” adını vermişdilər.

Əvəzolunmaz şirniyyatlardan biri olan şokoladı bugünkü dadına isə İsveçrəlilər qovuşdurub. 1876-cı ildə şokolada süd əlavə edən isveçrəlilər südlü şokolad istehsalına başlayan ilk ölkə olublar.

Bitter şokolad haqqında maraqlı məlumatlar:

*Dünyanın şokolad ehtiyacının 75%-ni Afrika torpaqları qarşılayır.

*Dünyanın ən çox şokolad yeyilən ölkəsi isə ilk dəfə südlü şokolad istehsalına başlayan İsveçrədir. İsveçrədə bir adam bir ay ərzində 8,7 kq şokolad yeyir.

*Bitter şokoladın adı tərkibində flavonoid maddəsi olan qidaların siyahısında əvvəldə gəlir. Flavonoid maddəsi qocalmanı gecikdirir.

*Tərkibində bol miqdarda maqnezium, sink, kalsium və mineral maddələrin olması beyin funksiyalarına müsbət təsir edir, eyni zamanda ürəyi də qoruyur.

*Bitter şokolad ən yüksək kakao tərkibli şokolad növüdür. Kakaonun antibakterial xüsusiyyəti isə diş çürüməsinin qarşısını alır.

*Çoxlu miqdarda yağ turşularını ehtiva edir və xolesterolu azaldaraq yaxşılaşdırır.

*Hamımız bilirik ki, şokolad xoşbəxtlik hormonlarını artırır. Bu mövzuda rəqiblərini geridə qoyan bitter şokolad enerjini artırır və stressə qarşı mübarizə aparır.

*Ekspertlər deyirlər ki, hər gün bitter şokolad yeyilə bilər. Təbii ki, 4 dilimdən çox olmaması şərti ilə.

Röya Rasimqızı