12 avqust 2019 15:15
336

ABŞ səfirliyi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - VİDEO

ABŞ səfirliyi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, təbrikdə deyilir:

“Amerika Birləşmiş Ştatlarının səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edir. Bu bayram müsəlmanlar üçün ibadətin və fədakarlığın önəmliliyini qiymətləndirmək üçün gözəl vaxtdır. Milyonlarla amerikalı müsəlman bu bayramı ailə üzvləri ilə birgə ehtiyacı olanlara yardım əlini uzadaraq qeyd edir. Sizi bir daha bu gözəl bayram münasibətilə təbrik edirik”.