24 may 2019 16:29
269

ABŞ-la İran arasında görüş başladı

“ABŞ-la İran arasında diplomatik müzakirələr başlandı”.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, bunu Küveyt Xarici işlər nazirinin müavini Xalid əl-Carullah açıqlayıb.

Müavin bildirib ki, bölgədə artan gərginliyin sona çatması üçün başlanan tərəflər (Vaşinqton və Tehran – red.) arasında dialoq və hərəkətlilik yaranıb. Bu çərçivədə son olaraq Oman Xarici işlər naziri Yusif ibn Ələvinin İranda bir sıra görüşlər keçirməsini qeyd edən Carullah bölgədə ağlın və məntiqin qalib gələcəyinə inandıqlarını bildirib. Həmçinin qeyd edib ki, İranın da, ABŞ-ın da müharibəyə meyli yoxdur.