20 fevral 2020 13:38
1012

ABŞ Kiprə 500 hərbçi göndərib?

“Kipr ABŞ-ın Orta Asiya ölkələrinə qarşı hücum mövqeyinə çevrildi”

“İki sahil” xəbər verir ki, bunu Kiprdə nəşr edilən və yunanlara məxsus olan “Haravgi” qəzeti iddia edib.

Qəzet iddia edib ki, Türkiyədə olan ABŞ-ın hərbi bazası “İncirlik”dən Kiprə köçürülə bilər.

Bildirilir ki, ABŞ-ın 500 hərbçisi Kiprin Andreas Papandreu aviasiya bazasına yerləşdirilib, İngiltərənin İngiliz Ağrotur hərbi bazasında da fəaliyyətə başlanılıb.