11 iyul 2019 11:30
137

ABŞ-ın neft ehtiyatları azalır

Birləşmiş Ştatların xam neft ehtiyatları azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 9,5 milyon barrel (2 faiz) azalaraq 459 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 1,1 milyon barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək 644,8 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları da hesabat həftəsində 1,5 milyon barrel (0,6 faiz) azalaraq 229,2 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,6 milyon barrel geriləmişdi.