Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
24 oktyabr 2020 10:42
327

ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarəsi qəzaya uğrayıb

ABŞ-ın Alabama ştatında ölkənin hərbi dəniz qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

"İki sahil" Trend-a istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazidə bir ev yanıb.

Bolduin dairəsinin şerif idarəsindən bildirilib ki, mülki şəxslər zərər görməyib. Federal Aviasiya İdarəsi hadisə barədə açıqlama verməyib.

Müdafiə və donanma səlahiyyətliləri tərəfindən araşdırma aparılacaq.