14 mart 2019 16:45
232

ABŞ Dövlət Departamenti: Ermənistanda dinc şəraitdə 34 hərbçi ölüb

“Ermənistanda qadın və uşaqlara qarşı zorakılıq faktları bir çox hallarda polis tərəfindən lazımi səviyyədə araşdırılmır”.

“Report” “Newsarmenia”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünyada insan haqlarının vəziyyətinə dair yaydığı illik hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, Ermənistan cəmiyyətində zorakılıq hallarının səviyyəsi artıb.

Dövlət Departamenti öz hesabatında işğalçı ölkənin ordusunda dinc şəraitdə ölüm faktlarına geniş yer verib. Qeyd olunub ki, bununla bağlı rəsmi və qeyri-rəsmi məlumatlar arasında ziddiyyətlər var. Bildirilib ki, Qeyri-Hökumət Təşkilatları 2018-ci ildə Ermənistan silahlı qüvvələrində dinc şəraitdə 24 ölüm hadisəsinin baş verdiyini açıqlayıb: “Amma Ermənistan Müdafiə Nazirliyi isə 2018-ci ildə orduda 34 ölüm faktının baş verdiyini bildirib”.