16 may 2019 11:57
212

ABŞ-dan Qarabağ açıqlaması: İki ölkə rəhbərlərinin...

“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı müsbət siqnallar var”.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi deyib.

Onun sözlərinə görə, Vaşinqton ATƏT-in Minsk qrupu çərçivəsində Avropadakı tərəfdaşları və Rusiya ilə işləməyə hazırdır.

“Son aylar görünür ki, münaqişənin həlində irəliləyiş əldə etmək mümkündür. İki ölkə rəhbərlərinin görüşləri, cəbhədə gərginliyin azalması, dialoqun davam etdirilməsi ilə bağlı razılaşmalar. Bütün bunlar münaqişənin həlli ilə bağlı müsbət siqnallardır”, - deyə səfir qeyd edib.