Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
31 oktyabr 2020 11:06
296

ABŞ-dakı aktiv qazma qurğularının sayı 300-ə çatır

Birləşmiş Ştatlardakı aktiv neft-qaz qazma qurğularının sayı artıb.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 9 ədəd artaraq 296 olub. Lakin bu, son 4 ilin minimum göstəricisidir. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 526 ədəd geriləyib.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 10 ədəd çoxalaraq 221 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 470 ədəd azalma qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı isə bir ədəd azalaraq 72 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 58 ədəd geriləyib. Üç qazma qurğusu isə müxtəlif təyinatlı olub.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.