29 noyabr 2020 17:29
446

ABŞ-da övladlarını qəsdən ac saxlayan valideynlər:  194 ilə qədər həbs 

ABŞ-ın Ohayo ştatında övladlarına işgəncə verən valideynlər həbs edilib.

"İki sahil" oxu.az-a istinadla xəbər verir ki, Priscilla və Elaydc Boltlar on yaşlı qızlarını və on bir yaşlı oğullarını əllərinə keçən hər şeylə döyüblər.

Uşaqlar bir neçə gün ac saxlanılıb, əlləri yapışqan lentlə bağlanılıb, stol arxasına yalnız valideynlərinin yemək yeməyinə baxmaq üçün oturdulublar.

Əgər valideynlərin günahı sübut olunarsa, onların hər biri 194 il müddətinə azadlıqdan məhrum ediləcəklər.