08 noyabr 2019 15:09
100

96 nəfər namizəd üçün seçici imzaları toplanıb - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatı tərəfindən bələdiyyə seçkiləri ilə əlaqədar namizədlərin müdafiəsi üçün imzatoplanma kampaniyası uğurla davam edir. YAP Hacıqabul rayon təşkilatından verilən məlumata görə, təşkilat tərəfindən imzatoplama kampaniyası, eləcə də digər məsələlərlə bağlı seçki qərargahının üzvlərindən ibarət iş bölgüsü aparılıb. Hazırda isə seçki kampaniyasının namizədlərin irəli sürülməsi və onların qeydə alınması üçün seçici imzalarının toplanılması mərhələsidir. YAP-ın yerli strukturları da bu mərhələdə uğurla fəaliyyət göstərməkdədir. YAP Hacıqabul rayon təşkilatı da bu prosesi mütəşəkkil surətdə həyata keçirir.

YAP Hacıqabul rayon təşkilatından verilən məlumatda bildirilir ki, Hacıqabul rayonunda 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi üzrə seçki məntəqəsi var.

Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı rayonda olan 15 bələdiyyə üzrə 145 bələdiyyə üzvlüyünə olan hər bir yerə öz namizədini irəli sürüb. İrəli sürülən 145 namizədlərin müdafiəsi üçün tələb olunan seçici imzalarının toplanılması prosesinə noyabrın 5-də başlanılıb.

Bu günə kimi 11 bələdiyyə üzrə 96 nəfər namizəd üçün tələb olunan seçici imzaları toplanaraq seçki dairəsinə təhvil verilib.

Orxan Vahidoğlu, “İki sahil”