08 noyabr 2019 11:45
135

9 ayda “Petkim”ə 419 milyon lirə investisiya qoyulub

Bu ilin yanvar-sentyabr ayları ərzində Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan “Petkim” neft-kimya kompleksinə 419 milyon Türkiyə lirəsi məbləğində investisiya qoyulub.

"İki sahil" xəbər verir ki, bu barədə “Petkim Holding”in hesabatında məlumat verilib. Bildirilib ki, bu il həyata keçiriləcək investisiyalar fabriklərin modernizasiyası, texnoloji inkişaf, enerji səmərəliliyi və ətraf mühitlə bağlı sərmayələrdir. İlin doqquz ayında Ar-Ge mərkəzindəki (araşdırma və inkişaf) layihələrə 9,9 milyon lirə vəsait sərf olunub.

Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Respublikasl Dövlət Neft Şirkəti (SOCAR) olub.