Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
19 sentyabr 2020 16:51
1175

84 yaşlı qadından qorxan ayı qaçdı

Rusiyanın Yakutiya vilayətində yaşlı qadın ayını qorxudaraq qovub.

"İki sahil" Oxu.az-a istinadən əbər verir ki, 84 yaşlı Anna İvanovna Dyaçkovskaya giləmeyvə yığarkən qarşısına ayı çıxıb.

Keçmiş ovçu bu zaman nə özünü itirib, nə də qaçıb. O, qəzet yandırıb, ayı nərə çəkdikcə, o da nərə çəkib, bağırdıqca, qadın da bağıraraq ayını qorxudub. Bundan sonra ayı həmin yerdən uzaqlaşıb.

Qadın hadisə ilə bağlı stres keçirdiyindən jurnalistlərə ətraflı məlumat verə bilməyib.