15 sentyabr 2019 12:12
227

800 yaşı olan kitab aşkarlanıb

Türkiyənin Diyarbəkir bölgəsində qaçaqmalçılardan təxminən 800 yaşı olan qədim kitab aşkarlanaraq götürülüb.

AZƏRTAC xəbər verir ki, polisin kitab qaçaqmalçılığı ilə bağlı keçirdiyi xüsusi əməliyyat zamanı ceyran dərisi üzərində yazılmış 30 səhifəlik İncil və eyni materialdan olan ivrit dilində yazılmış fərman aşkarlanıb.

Polisin şübhəli qismində altı nəfəri həbs etdiyi bildirilir.