12 sentyabr 2019 14:15
103

76 nəfər saxlanılıb

Türkiyənin Balıkesir vilayətinin Gömeç rayonunda ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 76 nəfər saxlanılıb. Onlardan 42-si Əfqanıstan, 33-ü Pakistan, biri isə Özbəkistan vətəndaşıdır.

AZƏRTAC xəbər verir ki, Türkiyənin sahil mühafizəsi xidmətinin əməkdaşları tərəfindən saxlanılan şəxslərin rezin qayıqlarla Yunanıstanın Midilli adasına getmək istədikləri məlum olub.

Köçkünlər həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.