24 avqust 2019 14:35
155

72,9 milyon manatlıq texnika əldə ediblər

2019-cu ilin birinci yarısında “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 72,9 milyon manat dəyərində 261 taxılyığan kombayn, 179 müxtəlif növ traktor, 57 kotan satılıb və verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən texnikanın sırasında, həmçinin 50 çiləyici və tozlayıcı, 45 otbiçən, 45 gübrəsəpən, 32 səpici aqreqatlar, 26 mala, 25 kultivator, 20 traktor yedəkləri (qoşqular), 19 ot və küləş presləyən, 15 ot dırmığı, 15 taxıl (toxum) təmizləyən, 14 bağarası frez və 91 digər kənd təsərrüfatı maşın və avadanlıqları yer alıb.