23 avqust 2019 14:59
403

63 yaşlı idmançı nənə: "Daha çox cavan oğlanları cəzb edirəm" - FOTO

İngiltərədə yaşayan Lesli Maksvelin 63 yaşı olduğuna kimsə inanmır.

"İki sahil" Milli.Az-a istinadən xəbər verir ki, nəvəsi olan 63 yaşlı Lesley Maxwell hazırda fitnes təlimçisidir. O, 48 yaşından sonra bu işlə məşğul olmağa başlayıb.

Hazırda tək yaşayan Lesli əri ilə arasında 13 yaş fərqi olduğunu söyləyib. Onun dediyinə görə, uzun müddətdir ki, ərindən ayrılıb.

"Cavan görünməyin yeganə yolu idmanla məşğul olmaq və ağırlıq qaldırmaqdır. Həmçinin, qəbul etdiyiniz qidalara da fikir vermək lazımdır.

Mən uşaqlıqdan idmana həvəsim olsa da, idmana başlamaq üçün gecikdim. Lakin, indi öz işimin professionalıyam və onlarla yarışda birinci yeri tutmuşam.

Daha çox yaşca məndən balaca olanları cəzb edirəm. Hətta, ərim də məndən 13 yaş balaca idi", - deyə Lesli müsahibəsində söyləyib.