09 iyul 2020 14:04
1013

41 yaşlı modelin qüsursuz bədən quruluşu - FOTO

Məşhur teleaparıcı və model Çağla Şikel sosial mediada paylaşımı ilə gündəmə gəlib.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, cazibədar model Türkiyənin Bodrum turizm bölgəsində istirahətə yollanıb. Çağla Şikel övladları Kuzey və Uzayla birlikdə istirahət edir. Bodrumda tətil mövsümünü açan Çağla Şikel, uyğun bədəni ilə çimərliyin ən diqqət çəkən adlarından biri idi.

Sosial şəbəkə hesabında istirahətdən çəkilmiş görüntülərini paylaşan 41 yaşlı Ç.Şikelin çimərlik geyimində fotosuna minlərlə bəyənmə gəlib. İzləyiciləri modelin qüsursuz bədən quruluşuna sahib olduğunu və gözəlliyindən heç nə itirmədiyini qeyd ediblər.