03 iyul 2022 10:31
400

Bakıda 11 yaşlı oğlanı avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Seyid Ayxan Anar oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.