03 iyul 2022 08:22
407

Abşeron rayonunda ev yanıb

Abşeron rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, rayonun Digah qəsəbəsində ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.