03 iyul 2022 01:29
465

Ağdaşda avtoqəzada polis işçisi ölüb

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“İki sahil” xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Bildirilib ki, rayonun Ləki qəsəbəsi ərazisində hərəkət edən "VAZ 21011" markalı iki minik avtomobili toqquşub.

Hadisə zamanı sürücülərdən biri, Dövlət Yol Polisi Xidmətinin əməkdaşı Samir Zamanpur aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.