02 iyul 2022 22:03
479

Ronaldu satılmaq istəyir

Kriştianu Ronaldu “Mançester Yunayted”dən ayrılmağa hazırdır.

“İki sahil” xəbər verir ki, iddiaya görə, portuqaliyalı futbolçu klub rəhbərliyinə münasib təklif alınacağı təqdirdə satılması istəyi ilə müraciət edib.

37 yaşlı hücumçu karyerasının sonuna kimi hər mövsüm Çempionlar Liqasında çıxış etməyi hədəfləyir. “Mankunianlar” isə bu il turnirdə iştirak etməyəcəklər.

Qeyd edək ki, ötən mövsüm Kriştianu Premyer Liqada 30 oyun keçirib və 18 qol vurub.