02 iyul 2022 20:06
550

YAP İmişli rayon təşkilatının yaranmasının 29 illik yubileyi qeyd olunub

İlk öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül-çiçək dəstələri qoyulub.

“İki sahil” xəbər verir ki, YAP İmişli rayon təşkilatının binasında davam edən tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, idarə və müəssisə rəhbərləri, ərazi partiya təşkilatının sədrləri və YAP fəalları iştirak ediblər. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Yeni Azərbaycan Partiyası xalqımızın çox çətin duruma düşdüyü vaxtda, nicat yolunu Ulu Öndər Heydər Əliyevdə görən ziyalılarımızın Əvəzedilməz Lider Heydər Əliyevə müraciəti əsasında tarixi zərurətdən yarandığını, qısa müddət ərzində öz sıralarını sağlam əqidəli üzvlərlə genişləndirərək ümumxalq partiyasına, uğur və zəfər partiyasına çevrildiyini bildirib. Natiq təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin sədrliyi ilə uğurlu fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində bir çox tarixi əhəmiyyətli uğurlara imza ataraq, tarixin ciddi sınaqlarından üzü ağ çıxdığından söz açıb.

Digər çıxış edənlər qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası həmişə öz məqsəd və amalına sadiq qalan, qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirən və sıralarında 800 minə yaxın məsləkdaşı birləşdirən partiyadır.