02 iyul 2022 18:50
693

Azərbaycanda Xəstələrin Cəmləşdiyi Palata-AXCP

Bir neçə gündür ki, Əli Kərimlinin “uşaqları” sosial şəbəkələrdə haray-həşir salıblar ki, bəs AXCP-nin Gənclər Komitəsinin sədri Emil Səlimovu əsgər  “aparırlar”. Aparırlar ha! Təbliğat formasına fikir verin. 12 il bundan öncə hərbi xidmət yaşı çatan, yəni hazırda 30 yaşı olan  bu “ağsaqqal gənc”  bu müddət ərzində xəstə kimi hərbi xidmətdən yayına bilib. “Yayına bilib” ifadəsini onun üçün işlədirəm ki, bu günlərdəki haray-həşir tipli paylaşımları bunu deməyə əsas verir. Bu şəxs xəstə olduğunu deyir, ancaq xəstəliyinin nə olduğunu əsla açıqlamır. Təbii haldır, insan xəstə ola bilər. Ola bilsin, Emil Səlimov bir zaman xəstə olub, lakin bu o demək deyil ki, bu müddətdə o sağlmayıb. İndi əsgər gedirsə və 12 il ərzində getməyibsə, səbəbini həqiqətən də xəstəlik kimi qəbul etsək deməli, hazırda Emil Səlimovun xəstəliyi keçib və onun səhhəti qaydasındadır ki, onu özlərinin dediyi kimi hərbi xidmətə aparırlar. Amma nədənsə hərbi xidmətdən yayınmaq onun marağında olduğu daha çox sezilməkdədir və hərbi xidmət çəkməyi özü üçün narahatlıq bilir və üstəlik utanmadan digər AXCP trolları ilə birlikdə bu işdə hakimiyyəti günahkar çıxarmağa çalışır.

Qeyri-vaxt özünü Vətən, xalq, millət, ölkə, dövlət düşünən kimi qələmə verən bu cəbhəçilərin yalanı zamanla üzə çıxır, səsləndirdikləri fikirlərin əməlləri ilə ziddiyyət təşkil etdiyi bəlli olur. Özü də ki, çətin məqama düşən kimi bütün cəbhəçilər özlərini xəstəliyə vurmağa çalışır, xəstə olduqlarını deyirlər. Var bir neçəsi ki, adını da çəkərəm.

Şüvənlik salanda, dövlətə qarşı çıxanda xəstə olmayan bu cəbhəçilər hərbi xidmət məqamı çatanda xəstə olası olurlar. Vətənə xidmət əvəzinə minnət edirlər.  Cəbhəçilərin özlərini belə xəstə adlandırmaqlarımı deyim, ya da həqiqətən xəstə olmaları bu yerdə AXCP abreviaturunun da əsl mənasını üzə çıxarmış olur. AXCP-Azərbaycanda Xəstələrin Cəmləşdiyi Palata!

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatın məsul əməkdaşı