02 iyul 2022 10:31
733

Şəhər meri timsahla evləndi

Meksikanın San-Pedro-Uamelula şəhərinin meri Viktor Uqo Sosa timsahla evlənib.

Bu barədə iyulun 1-də “The Daily Mail” məlumat yayıb.

Bu ritual kökləri Kolumbdan əvvəlki dövrə gedib çıxan yerli ənənədir. Ritual məhsulun artırılması və çaylarda balıqların sayının çoxaldılması məqsədilə həyata keçirilir.

Mərasim zamanı Sosa ağ paltar geyinmiş yeddi yaşlı “gəlin”lə birlikdə təntənəli şəkildə küçə ilə addımlayıb və onu öpüb. Tədbir musiqi və rəqslərlə müşayiət olunub.

Qeyd edilir ki, heç kəsi dişləməməsi üçün “Balaca Şahzadə” ləqəbli alliqatorun ağzının sarğı ilə bağlanıb.

Oxu.az