30 iyun 2022 20:10
489

BMT İrana qarşı sanksiyaları ləğv etməyə çağırdı

BMT ABŞ-ı Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) mandatına uyğun olaraq İrana qarşı sanksiyaları ləğv etməyə çağırır.

“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, bu barədə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Biz ABŞ-a JCPOA-da nəzərdə tutulduğu kimi sanksiyaları ləğv etmək və ya onlardan azad etmək və İranla neft ticarəti üçün istisnaları uzatmaq çağırışımızı bir daha təkrar edirik”, - deyə DiKarlo bildirib.

Onun sözlərinə görə, BMT həmçinin İranı ölkənin JCPOA çərçivəsində götürdüyü öhdəliklərə zidd addımlardan dönməyə çağırır.