29 iyun 2022 20:26
17478

Əsas hədəf Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlər inşa etməkdir

Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyini bəyan etməsi və 90-cı illərin əvvəllərində beynəlxalq aləmdə baş verən dəyişikliklər milli dövlətçilik prinsiplərinə uyğun yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsini ən vacib məsələ kimi ön plana çəkdi.Qısa müddət ərzində dünyanın bir sıra dövlətləri tərəfindən rəsmi surətdə tanınmış Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul edildi.

BMT və onun tərəfdaşları Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində çalışırlar.Bu tərəfdaşlıq nəticəsində Azərbaycan dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən 17 DİM-i,88 hədəfi və 119 göstəricini prioritetləşdirib.2017 və 2019-cu illərdə iki Könüllü Milli Hesabat hesabatını təqdim etməklə Azərbaycan 2019-cu ilədək MDB məkanında ilk olaraq iki KMH təqdim edən ölkə olub. Prezident  İlham  Əliyevin  Vətənimizin  inkişafı  istiqamətində  göstərdiyi  fəaliyyəti  xarici siyasətdə fəallığın,intensivliyin və səmərəliyin artması ilə də yadda qaldı.Azərbaycan bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə kifayət qədər rasional və təmkinli münasibət göstərdi.Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək,dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi xarici siyasətin prioritet istiqaməti oldu.

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi əlaqədar Prezident İlham Əliyevin cari ilin 27 iyun 2022-ci il tarixində Ümumdünya Şəhər Forumunun "Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək" adlı mövzusunda 11-ci sessiyası keçirilib. Cənab Prezident İlham Əliyev çıxışında bildirmişdir ki,"2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi" və "Yeni Şəhər Gündəliyi" dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir. Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər,biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Qeyd etmək lazımdır ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir. Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020- ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir.Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq,hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib.Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib.Ağdam şəhəri o dərəcədə dağıdılıb ki,əcnəbi mütəxəssislər onu "Qafqazın Xirosiması" adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada   bayrağımızı   dalğalandırmağa   bir   dənə   də   olsun   tikili   tapa    bilməyib.    Dövlət başçısı bildirib ki,Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib:"İnanırıq ki, sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna  çevirə  bilər". Azərbaycan dövlətinin ardıcıl şəkildə həyata keçirdiyi müstəqil və balanslı siyasət ölkəmizin siyasi nüfuzunun artmasında, etibarlı tərəfdaş kimi böyük rol oynayır.

Strateji planlama və səmərəli əməkdaşlıq

“Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq olunması dövlətin idarəolunmasında strateji planlaşmanın təcəssümüdür. Milli maraqlar və strateji planlamanın vəhdəti olan bu təşəbbüs dövlətin inkişafına və cəmiyyətin rifahına xidmət edir. Dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur.Sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək Azərbaycan sabit,təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış,cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş,müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. Düzgün hesablanmış iqtisadi layihələr,proqramlar,iqtisadiyyatın inkişafında ölkənin, regionun coğrafi mövqeyinin qiymətləndirilməsi,xarici və daxili tələbatın düzgün hesablanması iqtisadi inkişafı şərtləndirən əsas amillərdir. 30 il müharibə şəraitində yaşayan,düşmənə havadarlıq edən dövlətlərin ölkəmizə qarşı qərəzli mövqeyinə baxmayaraq Azərbaycan iqtisadi inkişaf tempini dünyanın ən iri dövlətlərinin iqtisadi cəhətdən zəiflədiyi bir dövrdə də qoruyub saxlaya bilərək ,bu artım tempinə görə dünya birliyində liderlik mövqeyi qazandı.

Vətən Müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlandı. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası,yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.Əldə olunmuş Qələbə nəticəsində regionun yeni siyasi və iqtisadi mənzərəsi formalaşıb.

Sabitliyin,rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması,eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu möhkəmləndirəcəkdir.Əldə olunan Qələbə iqtisadiyyatda yeni inkişaf perspektivləri müəyyən edib. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur.Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır.Əvvəlki dövrlərdə olduğu kimi,işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir.Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu səbəbdən əhalimizin Böyük Qayıdışı çərçivəsində növbəti məqsədlərə nail olunmalıdır: dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya.

İqtisadi tərəqqi ölkənin inkişafını və xalqın rifahını təmin edir. Dövlətin iqtisadi inkişafından qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş,təhlükəsizliyi təmini üçün güclü potensial yaratmışdır. Ölkədə yaşanan siyasi sabitlik,təhlükəsizlik mühiti və davamlı iqtisadi inkişaf xalqın rifahını təmin edən əsas taleyüklü amillərdir. Azərbaycan iqtisadiyyatda dayanıqlı inkişaf modelini tərənnüm edən ölkədir.Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.

İqtisadiyyatımızın inkişafında milli maraqlara xüsusi önəm verilməsi yeni reallıq və müasir dövr milli iqtisadiyyatımız üçün yeni strateji vəzifələri diktə edir. Həyata keçirilən sosial layihələrin məqsədi insanların rifah halının yaxşılaşdırılması üçün nəzərdə tutulur. Cəmiyyət, biznes və dövlət üçlüyü Azərbaycanın inkişaf modelidir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət,biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir.Biz bu “üçlük” anlamının ən yüksək formada uğurunu Vətən müharibəsi dövründə xalq-ordu-dövlət üçlüyündə gördük.

Ölkə iqtisadiyyatının inkişafında vətəndaşların da münasibəti rol oynayır.Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafında müəyyən olunmuş beş milli prioritetinin qorunması və reallaşdırılmasına xidmət etmək Azərbaycanda yaşayan hər bir şəxsin vətəndaşlıq vəzifəsidir. Təsdiq olunmuş sənəd dövlətin növbəti 5 strateji prioritetlərini müəyyən edib:

-Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Milli prioritetlər eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Təbii resurslardan düzgün və səmərəli istifadə,gələcək perspektivə söykənən beynəlxalq layihə və sazişlərin imzalanması,düzgün tərəfdaş seçimi iqtisadiyyatınformalaşması ilə yanaşı onun dayanıqlı artan rəqabətqabiliyyətli olması baxımından Azərbaycan dövlətinin seçimidir.Uzunmüddətli dövrə hesablanan iqtisadi artım sağlam və tarazlı olmalıdır.Belə iqtisadi artım ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaradacaq.İqtisadi artımın uzunömürlü və davamlı olmasında strateji planlaşmanın da xidmətindən yararlanmaq lazımdır.İqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir.İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalıdır.İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməlidir.

İnsanların həyat səviyyəsinin yaxşılaşması üçün iqtisadiyyatda yeniliklərin tətbiqi qaçılmazdır.Özəl sektorun,xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalıdır.Yeni və şəffaf özəlləşmə strategiyası həyata keçirilməlidir. Biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır.

Təsdiq olunmuş Milli Prioritetlər iqtisadi münasibətlərdə iştirak edən bütün subyektlərinin fəaliyyətində müsbət əks olunacaqdır.İqtisadiyyatda uzunmüddətli investisiya resurslarının əsas mənbəyi olan kapital və sığorta bazarının inkişafı sürətləndirilməlidir.Dövlət şirkətlərinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərmələri üçün zəmin yaradılmalı,qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla korporativ idarəetmə standartları tətbiq edilməli və gəlirlilik səviyyələrinin artırılması təmin olunmalıdır.Eyni zamanda öz müstəqilliyini qorumaq məqsədilə ölkə iqtisadiyyatı daxili və xarici təsirlərə dayanıqlığını təmin etməlidir.İqtisadiyyatın davamlı inkişafı üçün bütün sahələrin inkişafına nail olmaq lazımdır.Qeyri-neft sektorunun inkişafı, iqtisadi artımın təkcə bir sahədən deyil,paralel olaraq digər sahələri inkişaf etdirməklə uzunmüddətli və dayanıqlı iqtisadi inkişafa nail olmaq olur. Xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması üçün Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payı tədricən azaldılmalıdır.Makroiqtisadi sabitliyin əsas meyarı olan qiymətlərin aşağı və stabil olması təmin edilməlidir.Belə bir sabitlik iqtisadiyyatda gözləntiləri yaxşılaşdırmalı, əhalinin yığımlarını dəyərsizləşmədən qorumalı və investisiyaları artırmalıdır.

Davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli,hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir.İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır.Bu prioritet üç məqsəd əsasında uğurla reallaşmalıdır:inkişafdan hər bir vətəndaşın bəhrələnməsi;yüksək və ədalətli sosial təminat,inklüziv cəmiyyət;paytaxt və regionların tarazlı inkişafı.Yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil,cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir.İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin,o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməlidir və İqtisadi islahatlar cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir.Ölkənin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir və dövlət onların qayğısında durur.Aparılan islahatlar ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi,eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradır.

Son dövrlərdə dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində ölkələrarası rəqabət daha da artmışdır.Dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır.Bunun üçün müasir təhsil,innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir.Bu prioritetin uğurla reallaşdırılması üçün növbəti üç məqsədə nail olunmalıdır:XXI əsrin tələblərinə uyğun təhsilin qurulması;yaradıcı və innovativ cəmiyyətin formalaşması; vətəndaşların sağlam həyat tərzinin formalaşması.Burada təhsilin inkişafı mühüm rol oynayır.Dövlətin davamlı inkişafını şərtləndirən amillərdən biri də yüksək səviyyəli təhsil sistemidir.Azərbaycanda XXI əsrin tələblərinə uyğun olan təhsil sisteminin formalaşmasında dövlətin iqtisadi potensialının payı mütləq artırılmalıdır.Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır.

İqtisadiyyatın inkişafında mühüm rol oynayan beynəlxalq əməkdaşlıq ənənələrinə Azərbaycan bundan sonra da sadiq qalacaqdır.Hazırda dünyanın üzləşdiyi böyük problemlərdən biri Avropanı etibarlı enerji mənbələri ilə təmin etməkdən ibarətdir.Azərbaycan sülh və dostluğa söykənən davranış qaydalarına,qəbul edilmiş ümumi tərəfdaşlıq prinsiplərinə sadiq qalaraq bu sahədə öz imkanlarından maksimum səmərəli istifadə etmək əzmindədir.

İyun ayının 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun "Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək" mövzusunda 11-ci sessiyası işini davam etdirib. Bu sessiyada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir sıra vacib məqamlara toxunub.

30 il əvvəl öz müstəqilliyini yenicə bərpa edən Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilib.Bu mühüm hadisə ilə əlaqədar bu ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir.Tədbirdə iştirak edən müxtəlif ölkələri təmsil edən nümayəndələr Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində Azərbaycanın əldə etdiyi tərəqqi,eləcə də azad olunmuş ərazilərin dirçəldilməsi və oraya həyatın qaytarılması ətrafında müzakirələr aparıblar. "2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi" və "Yeni Şəhər Gündəliyi" dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir.Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər,onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsi təmin edilib. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik.Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı,park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə olunub.Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı,park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini  özündə birləşdirir. Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxtımız Bakı şəhərində yeni yaşıllıqlar,meşə massivləri,istirahət parkları və bağlar salınır,mövcud yaşıllıq sahələri daha da genişləndirilir.Bir sözlə Azərbaycan parklar ölkəsinə çevrilir.Prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiyada Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində görülən işlərin miqyası ilbəil daha da artır. Artıq şəhərdəki     park,     bağ     və      istirahət      məkanlarının sayı 300-ə yaxındır. Az müddət ərzində paytaxtımız Bakı şəhərində əvvəllər istifadəsiz olan, baxımsız qalmış, həmçinin bəzi işbazlar tərəfindən müxtəlif məqsədlərdən ötrü zəbt edilərək hasarlanmış ərazilərdə xeyli müasir park salınmış,həmçinin bir neçə park əsaslı təmir edilərək paytaxt sakinlərinin istifadəsinə verilib və bu prosses davam edir.Vətəndaşlarımızda yeni istirahət mədəniyyəti  formalaşır. Ümid edirik ki,ölkə başçısının bu istiqamətdəki səyləri nəticəsində paytaxtımız Bakı şəhərində yaşıllıqların,istirahət parkları və bağlarının sayı daha da artacaq,bu parklarda vətəndaşlarımızın rahatlığı,istirahəti üçün yaradılan şəraitdən tam razı qalacaqlar.

Rəsmi İrəvanın hərbi cinayətləri və siyasi təxribatları göz önündədir.Bütövlükdə postmünaqişə dövrü sakit keçir.Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal,qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib. Artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Ermənistana beynəlxalq hüququ kobud şəkildə pozmasına görə heç bir təzyiq göstərilmədisə,cəzalandırılmadısa,əksinə təcavüzkar onu dəstəkləyən ölkələrdən hər cür maddi,hərbi yardımla təmin olundusa,bu halda beynəlxalq hüququn işlək vəziyyətdə olmasını dilə gətirmək mümkünsüz idi.Danışıqlar prosesi çərçivəsində Ermənistan daim bizə qarşı fərqli xarakterli hərbi təxribatlar törədirdi. Danışıqlar prosesində bir az tərəqqi olan kimi dərhal hərbi təxribat törədilirdi,mülki əhaliyə hücum edirdi və danışıqları pozurdu. İkinci Qarabağ savaşından öncə – iyul və avqust aylarında da buna oxşar hərbi təcavüz etdi.İyul ayında bizim mülki əhalini və hərbçiləri artilleriya atəşinə tutdu. Bunun nəticəsində bizdə itkilər olmuşdur.Avqust ayında isə təxribat qrupunu Azərbaycana göndərmiş və burada terror aktları törətməyə cəhd etmişdi. Bu təxribat qrupu da zərərsizləşdirildi.Bütün bunları əsla unutmaq olmaz,həmin qeyri-insani faktları bundan sonra da nəzərdə saxlamaq gərəkdir.Azərbaycan müharibə dövründə tutulub saxlanılmış bütün hərbi əsirləri Ermənistanın azərbaycanlı hərbi əsirləri bizə verməsindən daha əvvəl verib. Üçtərəfli Bəyanat imzalanandan iki həftədən çox sonra, keçən il noyabrın axırlarında 62 nəfərdən ibarət təxribat qrupu Ermənistanın Şirak regionundan Azərbaycan Silahlı Qüvvələrinin arxa hissəsinə,artıq işğaldan azad edilmiş ərazilərdə təxribatlar törətmək üçün göndərilmişdi.Azərbaycan hərbi qulluqçuları həmin qrupu tutaraq tərksilah etdi.Beynəlxalq konvensiyalara müvafiq olaraq bu təxribatçılar hərbi əsir hesab edilə bilməz.Ermənilər yüz minlərlə mina basdırıb,basdırılmış minalar bərpa işlərimizi əsaslı şəkildə ləngidir və mülki əhalimizin həyatı üçün təhdid yaradır.Müharibə başa çatandan sonra - 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub,ya da ki, öz sağlamlığını itirib.Ona görə minatəmizləmə işi getməlidir və gedir. Ermənistan bizə minaların xəritələrini də vermir və son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir.Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik. Qoy Ermənistan dövləti və onun siyasi-hərbi rəhbərliyi papağını qarşısına qoyub düşünsün ki, yeganə yol əməkdaşlıq yoludur. Mənasız qarşıdurma yolu Ermənistanı açıq-aşkar uçuruma aparırErmənilər anlamalıdırlar ki,həmin uçurumun bir addımlığındadırlar.

Rəsmi İrəvanın hərbi cinayətləri müharibədən sonrakı dövrdə də davam edir. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsi hələ də öz həllini tapmayıb. Avropa İttifaqınınbu məsələdə yardımçı olmaq arzusu Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Müharibə bitdikdən sonra 220 nəfərə yaxın insan minalar səbəbindən həlak olub və ya ağır yaralanıb. Məcburi köçkünlərimizin 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkdiyini və doğma yurdlarından məhrum edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib ki,onların qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb.Bu gün Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir.Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib,Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir.Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub.

“Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda biz on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edirik.Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir,sərmayədarlara və sahibkarlara açıqdır.Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir”,

“Ölkəmizdə paytaxt Bakının tarixi simasını qorumaqla yanaşı onun infrastrukturu, yenidən qurulması,müasirləşdirilməsi təmin edilib.Azərbaycan öz növbəsində Bakının və digər şəhərlərin müasirləşdirilməsi,yenidən qurulması,inkişafı istiqamətində zəngin təcrübə qazanıb.Bu baxımdan dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakı zəngin memarlığı,park və bulvarları,tarixi irs və müasirliyi baxımından öz ahəngini qoruyan bir şəhərə çevrilib.Ermənistanın 30 illik işğalından sonra Azərbaycan dövləti dağıdılmış və viran qoyulmuş şəhərlərimizin bərpasına böyük önəm və diqqət ayırıb.Ermənistan 30 illik işğal dövründə Azərbaycanın şəhər və kəndlərini dağıdaraq onları yer üzündən silməyə çalışıb. Tarixində II Dünya müharibəsindən sonra ikinci belə bir acınacaqlı fakta rast gəlinməyib”. Azərbaycanın 9 tarixi şəhəri,yüzlərlə kəndi yer üzündən silinib. “Azərbaycanın qədim tarixə malik,vaxtilə Qafqazın ən qaynar həyat tərzi sürən şəhəri Ağdam ermənilər tərəfindən elə bir vəhşiliyə məruz qalıb ki,onu əcnəbi mütəxəssislər “Qafqazın Hiroşiması” adlandırıb.Bu, Azərbaycanın erməni barbarlığına məruz qalmış digər tarixi şəhərlərinə də aiddir. Azərbaycan ordusu bu şəhərləri işğaldan azad etdiyi vaxtda bir dənə də olsun salamat binaya rast gəlməyib”.Ermənistanın 30 illik işğalına,ərazilərdə həyata keçirilən ekoloji terrora baxmayaraq Azərbaycan dövləti müharibə səhifəsini çevirib:

“Azərbaycan müharibədən sonra Ermənistana sülh təklif edib.Ölkəmizin bu mövqeyi beynəlxalq hüquqa əsaslanan 5 maddəlik prinsiplərdə qarşı tərəfə təqdim edilib.Ermənistan Azərbaycanın bu təklifini qəbul edib.İmzalanacaq sülh müqaviləsi ilə bölgədə dayanıqlı sabitliyə nail olmaq mümkün olacaq.Bununla da dağıdılmış şəhər infrastrukturu bərpa ediləcək.Kənd və qəsəbələrin inşası həyata keçiriləcək.İndiki mərhələdə isə Azərbaycan mürəkkəb bərpa-yenidənqurma işlərini icra edir.Yenidənqurma prosesi ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi ilə paralel aparılır.Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılmasına uyğun olaraq “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını uğurla icra edir.Bu istiqamətdə atılan addımların ilkin nəticəsi olaraq Zəngilan rayonunun Ağalı kəndində ağıllı kəndi konsepsiyası icra edilib.Füzuli şəhərində az müddətdə hava limanı istifadəyə verilib.Zəngilan,Laçın rayonlarında hazırda iki hava limanı inşası olunur. Azad edilmiş bəzi şəhərlərin baş planları təsdiqlənib.Azərbaycanın əsas hədəfi Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv,təhlükəsiz,dözümlü və dayanıqlı şəhər və kəndlər inşa etməkdir.Çünki bu şəhər və kəndlərdə yaşayış iş şəraiti vəhdət halında mümkün olacaq”.

Məqsədimiz Dayanıqlı İnkişaf məqsədlərinə uyğun olaraq inklüziv,təhlükəsiz,dözümlü, dayanıqlı şəhər və kəndlərin inşasıdır.Yeni şəhərlərdə,kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir.Bu,Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək.Artıq Birləşmiş Millətlər Təşkilatı,Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib.Torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycanda yeni şəhərlər,yüzlərlə kənd salınır,yeni infrastruktur yaradılır.Ölkəmiz bu işləri öz gücü hesabına reallaşdırır.

Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub.Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə olunub.Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı,park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.Bu cür genişmiqyaslı quruculuq işləri Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir. Təbii ki, beynəlxalq təşkilatların da bu prosesə qoşulması arzuolunandır. Dövlətimizin başçısı ümumdünya şəhər forumunda işğaldan azad olunan üç rayonumuzda BMT,Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə bərpa və yenidənqurma ehtiyaclarını birgə dəyərləndirdiyini xatırlatdı.Eyni zamanda,Azərbaycan BMT-nin Yaşayış Məskənləri Proqramı ilə daha sıx əməkdaşlıq etmək niyyətindədir.Nəzərə alsaq ki,bu proqram donorların dəstəyi ilə dünyanın bir sıra ölkələrində münaqişələrdən sonrakı dövrdə bərpa-quruculuq işlərinə dəstək göstərir, bu mənada Azərbaycan da bu təcrübədən yararlanmaqda maraqlıdır və ölkəmiz xarici donorların dəstəyinə açıqdır.

Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək bizim üçün mühüm əhəmiyyətə malikdir.Bu,Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək. Məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv,təhlükəsiz,dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.

Orxan İSMAYILOV,
YAP Xətai rayon təşkilatının fəalı, Eskişehir Osmangazi Üniversitetinin tələbəsi